Laçında minaya düşən fəhlə öldü, cinayət işi başlandı - Yenilənib

 Laçında minaya düşən fəhlə öldü, cinayət işi başlandı -  Yenilənib
  30 Aprel 2022    Oxunub:1899
Laçında minaya düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.


Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
***

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

AzVision.az xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti