ATƏT Ukraynadakı missiyasını bağlayacaq
“Bu, asan qərar deyil. Biz Xüsusi Monitorinq Missiyasının mandatının yenilənməsinə nail olmaq üçün iştirakçı dövlətlərlə siyasi dialoq vasitəsilə bütün mümkün variantları araşdırdıq, lakin Rusiya Federasiyasının mövqeyi bizə missiyanı bağlamaq üçün addımlar atmaqdan başqa seçim qoymadı”, - ATƏT sədri bildirib.
O deyib ki, Missiya regionda obyektiv məlumatların ötürülməsində, atəşkəsin əldə olunmasında və münaqişənin mülki əhaliyə təsirinin azaldılmasında mühüm rol oynayıb: “Polşa sədrliyi ATƏT-in Ukraynadakı gələcək rolu ilə bağlı alternativləri araşdırmaq üçün iştirakçı dövlətlərlə təmasa davam edəcək”.
ATƏT Baş katibi Helqa Şmid isə vurğulayıb ki, Missiya son 8 il ərzində obyektiv faktlar təqdim edib, dialoqu asanlaşdırmaqla və milyonlarla insanın asılı olduğu mülki infrastrukturun təmirinə imkan verib: “ATƏT Missiyanı mümkün qədər məsuliyyətli və səmərəli şəkildə bağlamaq üçün dərhal operativ, inzibati və maliyyə addımlarını atacaq, Ukrayna üzrə missiya üzvlərinin təhlükəsizliyi prioritet olaraq qalacaq”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


