Sumqayıtda yanğın davam edir, fövqəladə hallar naziri ərazidədir - Yenilənib

 Sumqayıtda yanğın davam edir,  fövqəladə hallar naziri ərazidədir - Yenilənib
  29 Aprel 2022    Oxunub:1568
FHN tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
AzVision.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Qeyd edək ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

***
Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.


Nazirlikdən AzVision.az -a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər:



Xəbər lenti