Media nümayəndələri üçün təlim keçirilib

Media nümayəndələri üçün təlim keçirilib
  28 Aprel 2022    Oxunub:934
İqtisadiyyat Nazirliyinin kommunikasiya strategiyasına uyğun olaraq, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə KİV nümayəndələri üçün “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirilib.
AzVision.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev media nümayəndələrini salamlayaraq təlimin keçirilməsində məqsədin bazar iqtisadiyyatının prinsipləri, tənzimlənməsi metodları, antiinhisar tənzimlənməsi və siyasəti, istehlakçıların hüquq və vəzifələri barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərmək olduğunu deyib.



Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini vurğulayıb.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.



Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.







AzVision.az



Qalereya




Teqlər:





Xəbər lenti