"Yanğın bir saata lokallaşacaq" - Kəmaləddin Heydərov

   "Yanğın bir saata lokallaşacaq" -    Kəmaləddin Heydərov
  29 Aprel 2022    Oxunub:736
"Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir".
AzVision.az xəbər verir ki, bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

K.Heydərov qeyd edib ki, yanğından sonra zavodun işçiləri, ərazidəki müəssisələrin əməkdaşları, mülki şəxslər Sumqayıt şəhər Polis İdarəsinin və FHN-in əməkdaşları tərəfindən ərazidən təxliyə ediliblər. Yaxınlıqda təxliyə olunmalı yaşayış məntəqəsi yoxdur.

Nazir FHN-in yanğınsöndürənlərinin, helikopterlərin yanğının söndürülməsində xüsusi qəhrəmanlıq göstədiklərini vurğulayıb: "Hadisə zamanı heç kim xəsarət almayıb, zəhərlənmə faktı yoxdur".

AzVision.az


Teqlər:



Xəbər lenti