Sumqayıtda yanğında 2 nəfər tüstüdən zəhərlənib

   Sumqayıtda yanğında 2 nəfər tüstüdən zəhərlənib
  29 Aprel 2022    Oxunub:1015
"Azərsun Sənaye Parkı"nda baş verən yanğın nəticəsində Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti