Dövlət başçısı: "Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq"
“Eyni zamanda, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb.
AzVision.az
Teqlər: İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


