"İnflyasiya ilin sonuna doğru yüksək həddə çatacaq" - Baş direktor

   "İnflyasiya ilin sonuna doğru yüksək həddə çatacaq" -    Baş direktor
  29 Aprel 2022    Oxunub:1300
"İnflyasiyanın ilin sonuna doğru hədəfin yuxarı həddinə yaxınlaşacağı ehtimalları yüksəkdir".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov deyib. O bildirib ki, Mərkəzi Bankın inflyasiya ilə bağlı müxtəlif ssenarilər üzrə proqnozları var:

“Bu proqnozlar nəinki cari il, orta müddətli dövr üçün inflyasiyanın necə olacağını müəyyən edir”.

V.Əhmədov bildirib ki, ilin sonuna qədər inflyasiyanın 6 faiz olacağı güman edilir. Lakin orta müddətli dövrdə hədəf diapozuna, yəni 4 faizə yaxınlaşacağı gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti