Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi sülhdən asılıdır - Alev Kılıç

   Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi sülhdən asılıdır -    Alev Kılıç
  29 Aprel 2022    Oxunub:1056
Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır. Türkiyənin məqsədi bölgədə sülhə, sabitliyə və inkişafa nail olmaqdır. Qarabağ zəfəri bu məqsədin gerçəkləşməsinə əhəmiyyətli təsir göstərib.
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVM) sədri, səfir Alev Kılıç deyib.

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıçın və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın mayın 3-də yenidən Vyanada görüşəcəyini şərh edən səfir Alev Kılıç bildirib ki, bölgə xalqlarının rifahının yeganə yolu qonşu ölkələr arasında sülh prosesinə nail olmaqdır. Altıtərəfli “3+3” platforması ideal əməkdaşlıq formuludur.

AzVision.az


Teqlər:



Xəbər lenti