Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi yaxından dəstək göstərib.
Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılıb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aksiyada Baş Prokuror Kamran Əliyev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


