Moskvada "Azərbaycan dili üzrə imla" müsabiqəsi keçirilib

 Moskvada  "Azərbaycan dili üzrə imla"  müsabiqəsi keçirilib
  30 Aprel 2022    Oxunub:1123
Rusiya Azəbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü, MDB və Yaxın Şərq ölkələrinin dilləri və mədəniyyətləri kafedrası, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Moskva Dövlət Dilçilik Universitetində “Azərbaycan dili üzrə imla” adlı təhsil aksiyası təşkil edilib.
AzVision.az
xəbər verir ki, aksiyanın məqsədi Azərbaycan dilinin öyrənilməsi, qorunub saxlanması və məşhurlaşdırılması, həmçinin bu dildə düzgün yazı mədəniyyətinə diqqətin cəlb edilməsidir.

Müsabiqənin qalibləri və mükafatçıları kitab mağazasına hədiyyə sertifikatları ilə mükafatılandırılıb. Tədbirin sonunda iştirakçılara fərmanlar və milli şirniyyatlar verilib.

AzVision.az



Teqlər: Moskva   Azərbaycan-Dili  



Xəbər lenti