Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Azərbaycanın turizm sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov, son illər ərzində ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü bildirib. Azərbaycanın ölkə səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin Baş katibə ölkəmizin işğaldan azad olunmuş ərazilərində turizm sahəsində imkanlar barədə məlumat verib.
ÜTT Baş katibi Zurab Pololikaşvili namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
AzVision.az
Teqlər: Ceyhun-Bayramov Ümumdünya-Turizm-Təşkilatı Baş-Katib







Vaxtında, Aydın, Lazımlı!


