Ələt qəsəbəsində zavodda partlayış - Xəsarət alan var

   Ələt qəsəbəsində zavodda partlayış -    Xəsarət alan var
  01 May 2022    Oxunub:829
Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(Report)

AzVision.az



Teqlər:



Xəbər lenti