Bayram namazı qılınıb - FOTOLAR

   Bayram namazı qılınıb -  FOTOLAR
  02 May 2022    Oxunub:2848
Bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Ramazan bayramı namazı qılınıb.
AzVision.az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə qılınıb.



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır. Qeyd edək ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.
















FOTO: Anar Bayramlı
AzVision.az

Qalereya




Teqlər: Namaz   Bayram  



Xəbər lenti