Rusiyanın “trol fabriki” aşkarlandı

   Rusiyanın “trol fabriki” aşkarlandı
  02 May 2022    Oxunub:2123
Britaniya hökumətinin apardığı araşdırma çərçivəsində Rusiyada xüsusi “trol fabriki” aşkarlanıb.
Məlumata görə, “fabrik” Sankt-Peterburqdakı köhnə silah zavodunda yerləşir. Məhz buradan rusiyalı trollar dünya liderlərini onlayn şəkildə təqib edir və sosial mediada onlara Rusiyanın Ukraynaya müdaxiləsinə dair dəstək mesajları yazırlar. Onların hədəfləri arasında Britaniya Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şolts, Aİ-nin xarici siyasət üzrə ali komissarı Josep Borrell də var. Həmçinin, siyasətilərlə yanaşı məşhurlar, xüsusən də şou-biznes ulduzları da hədəfı alınıb.

“Trol fabriki”nin 2016-cı ildə Donald Trampın prezident seçkilərində qalib gəlməsi ilə nəticələnən ABŞ seçkilərinə müdaxilədə ittiham olunan İnternet Araşdırmaları Agentliyinin yaradıcısı Yevgeni Priqojinlə əlaqəsi olduğu güman edilir. Həmçinin, bildirilir ki, bina Sankt-Peterburq maşınqayırma zavodunda hərbi texnika və avadanlıq istehsal edən “Arsenal” şirkətindən icarəyə götürülüb. Trollar təkcə mesajlar yazmaqla kifayətlənmir, həm də sosial sorğularda ictimai rəyi təhrif etməyə çalışırlar. Onların fəaliyyəti başlıca olaraq, “Twitter”, “Facebook”, “Instagram”, “YouTube” və “TikTok”-da cəmlənib.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti