Azərbaycanda həkimlər 1000 manat maaş alacaq

   Azərbaycanda həkimlər 1000 manat maaş alacaq
  02 May 2022    Oxunub:2303
1 iyundan həkimlərə yeni əmək haqqı hesablanacaq. 31 ixtisas üzrə həkimlərin əmık haqları 1000 manatdan yuxarı olacaq. AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, vergi, sosial ödənişlər və digər vəsaitlər çıxarılandan sonra həkimlərin əmək haqqısı 1000 manat olacaq: "Bu, 8 mindən çox ixtisaslı həkimi ıhatə edəcək. 17ixtisas üzrə həkimlərin maaşı 2 dəfəyədək artacaq. 14 ixtisas üzrə 20 faizdən 90 faizə qədər dəyişəcək".

Sədr qeyd edib ki, nəzərdə tutulan maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribi 100 milyon manat təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Maaş   Həkim  



Xəbər lenti