Ağdamda evlərdən qızıl oğurlayan saxlanılıb

Ağdamda evlərdən qızıl oğurlayan saxlanılıb
  02 May 2022    Oxunub:1414
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, ilkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.



AzVision.az



Teqlər:



Xəbər lenti