Deputat sensasion yeyinti faktını açıqladı
Abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib; məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib. Orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib”, - deputat bildirib.
Komitə sədri qeyd edib ki, bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var: “Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı.
Digər məsələ ondan ibarətdir ki, Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2012-ci ildən başlayan bu iş başa çatdırılmayıb. 2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb. 140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib. Bu, ciddi çağırışdır.
Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə nəzarəti ciddi etmək lazımdır. Hesablama palatasını bu məsələyə nəzarətə çağırırıq. Bizim önümüzdə Heydər Əliyev Fondunun və Mehriban xanımın gördüyü böyük işlər var. Bu işlər dövlət qurumlarına nümunə olmalıdır ki, bu sahədə əsaslı dönüş yaratsınlar”.(Qafqazinfo)
AzVision.az
Teqlər: Abidə







Vaxtında, Aydın, Lazımlı!


