Robert Köçəryanın oğlu saxlanıldı - VİDEO (Yenilənib)
Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan da var. O, polis maşınına özü oturacağını deyərək onu itələməməyi və başına toxunmamağı tələb edib. Köçəryan maşına minməzdən əvvəl mübarizənin dayandırılmayacağını bəyan edib.
***
09:27
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Yerli media müxalifətin bir neçə gündür davam edən etiraz aksiyalarının kəskinləşdiyini yazıb.
Bu gün səhər saatlarında isə müxalifət fəalları İrəvanın mərkəzi küçələrindən olan Komitası bağlayıblar. AzVision.az xəbər verir ki, hazırda davam edən aksiyada Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edir.
Mitinq iştirakçıları məşəl yandırıblar. Aksiyanın keçirildiyi yerə “qırmızı beretlilər” cəlb edilib.
Onlar fəallara küçəni boşaltmağı və nəqliyyatın hərəkətinə mane olmamaq üçün 5 dəqiqə vaxt veriblər. Bundan sonra hüquq-mühafizə orqanları müxalifətçiləri ərazidən uzaqlaşdırıblar.
Etirazçılar "Nikolsuz Ermənistan" şüarları səsləndirməklə yanaşı bəyan ediblər ki, hakimiyyət bölgələrdən paytaxta gələn yolları da bağlayıblar ki, mitinqlər kütləviliyi ilə seçilməsin.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan Köçəryan Aksiya