Ötən ay Qarabağda aşkarlanan minaların sayı açıqlandı

   Ötən ay Qarabağda aşkarlanan minaların sayı açıqlandı
  04 May 2022    Oxunub:876
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti