Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunluq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az