Çempionlar Liqası: "Real Madrid" finalda

   Çempionlar Liqası:    "Real Madrid" finalda
  05 May 2022    Oxunub:1266
UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçirilib.
AzVision.az xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edib. Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib. İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar - 4:3.

Qeyd edək ki, "Real Madrid" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzVision.az


Teqlər: Futbol  





Xəbər lenti