"Azovstalda" döyüşlər "hasar davası"na çevrilib" - Andryuşşenko

   "Azovstalda" döyüşlər "hasar davası"na çevrilib" -    Andryuşşenko
  05 May 2022    Oxunub:824
Ukraynanın Mariupol şəhərində ağır döyüşlər gedir. AzVision.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat yayıb.
Şəhərdəki tamamilə dağıdılmış "Azovstal" zavodundakı mövcud vəziyyət barədə məlumat verən müşavir deyib ki, ərazidə davamlı atışmalar, aktiv hücumlar və “hasar arxasında” döyüşlər gedir.

– İndi Mariupoldakı “Azovstal” zavodunda vəziyyət belədir. Burada şəhər müdafiəçiləri üstün düşmən qüvvələrinin hücumlarını dəf edirlər. "Azovstal"ın 11 kvadrat kilometrlik azad ərazisi cəhənnəmə çevrilib,- Andruyuşşenko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti