Küçədə məktəbli qıza şillə vurana hökm oxundu

   Küçədə məktəbli qıza şillə vurana hökm oxundu
  05 May 2022    Oxunub:1113
Fevralın 5-də Yasamal rayonu, Şərifzadə küçəsində məktəbli qıza qəfil şillə vuran şəxsə hökm oxunub.
AzVision.az -ın məlumata görə, Yasamal Rayon Məhkəməsi 29 yaşlı Əhməd Hüseynovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilərək ona 6 ay müddətinə həbs cəzası verib.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bir neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib. Belə ki, o, qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

AzVision.az



Teqlər: Hökm  





Xəbər lenti