Birinci siniflərə qəbul üzrə müsahibələr əyani formada keçiriləcək
Nazirlik rəsmisi xatırladıb ki, pandemiya səbəbindən ötən il müsahibələr onlayn formada aparılıb: “Artıq bu il müsahibələr canlı olacaq. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək”.
Onun sözlərinə görə, bu ildən məktəbəqədər təhsil üzrə qeydiyyat da vahid sistem üzərindən, onlayn elektron qeydiyyat formatında həyata keçiriləcək.
O.Abbasov qeyd edib ki, yaxın günlərdə bunla bağlı məlumat veriləcək: “Bu da təhsilin əlçatanlığı baxımından mühüm rol oynacaq”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


