Qarabağda sülhməramlılar bu rayonlardan çıxdılar

   Qarabağda sülhməramlılar  bu rayonlardan çıxdılar
  05 May 2022    Oxunub:811
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.
AzVision.az xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı rayonlarında yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.

Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti