Zümrüddən onu qınayanlara cavab: "Nə qədər gülürəm sizə"
“Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, - deyə aparıcı bildirib.
Xatırladaq ki, ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, aparıcı, A. Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


