Sabunçuda narkotikə görə 63 nəfər saxlanıldı - VİDEO

Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN