Nəbatət Bağında qanunsuz tikililər sökülür

   Nəbatət Bağında qanunsuz tikililər sökülür
  06 May 2022    Oxunub:1545
Mərkəzi Nəbatət Bağında bir sıra tikililər sökülür
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatət bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib.

"Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatət bağının ərazisi üçün hazırlanan unikal layihə əsasinda əsaslı yenidənqurma işləri aparılmasına başlanılacaq. Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyəuyğun burada normal şərait yaradılacaqdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Bağ  



Xəbər lenti