Qayınatası üzünə “kislota” tökən qadın öldü - Video
Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən "kislota" tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.
Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.
Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


