Ukraynadan daha 9 azərbaycanlı gətirildi

   Ukraynadan daha 9 azərbaycanlı gətirildi
  06 May 2022    Oxunub:1184
Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar.
Bu barədə AzVision.az - a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti