Havada toz dumanı müşahidə olunur

   Havada toz dumanı müşahidə olunur
  06 May 2022    Oxunub:1005
Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub.
AzVision.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidi. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır".

G.Məmmədova qeyd edib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti