Ceyhun Bayramov: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur"

      Ceyhun Bayramov:    "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur"
  07 May 2022    Oxunub:988
"Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi".
AzVision.az -ın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır".

AzVision.az



Teqlər: Qarabağ  



Xəbər lenti