Bakıda küləyin yaratdığı fəsadlar - VİDEO
Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar. Qeyd olunub ki, bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən XRXX-nin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
AzVision.az
Teqlər: FHN







Vaxtında, Aydın, Lazımlı!


