Şüşə ilə qolunu kəsib özünü öldürdü
Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.
Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


