“Azəriqaz”ın əməkdaşına xəsarətlə bağlı cinayət işi açıldı

   “Azəriqaz”ın əməkdaşına xəsarətlə bağlı cinayət işi açıldı
  08 May 2022    Oxunub:540
Ağcabədi rayon Prokurorluğu mayın 6-da saat 17 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı məlumat yayıb.
AzVision.az - a daxil olan məlumatda deyilir:

"Araşdırmalarla müəyyən edilmişdir ki, kənd sakini Kamil Usubov istehlak edilmiş təbii qaza görə yaranmış cəmi 504 manat abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərəkən təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubov onlara hücum edərək təhqir etmiş, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir".

AzVision.az


Teqlər:





Xəbər lenti