Oğurluq edən şəxslər saxlanıldı

Oğurluq edən şəxslər saxlanıldı
  09 May 2022    Oxunub:928
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F.Məmmədov və İ.Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti