Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb

   Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb
  09 May 2022    Oxunub:725
Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb.
AzVision.az xəbərf verir ki, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.

Səfər çərçivəsində komitənin, Alban-Udi xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə birgə, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüblər.

Qeyd edək ki, onlar məbəddə dini ayin icra edəcəklər, dualar oxuyacaqlar və şamlar yandıracaqlar.

AzVision.az



Teqlər:



Xəbər lenti