Latviyadan Petrosyanla Kirkorova qadağa

   Latviyadan Petrosyanla Kirkorova qadağa
  09 May 2022    Oxunub:1122
Latviya rusiyalı müğənni Filip Kirkorov, komediya ustası Yevgeni Petrosyanı və onların digər sənətçi yoldaşlarının ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan edib. AzVision.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç məlumat verib.
- İmmiqrasiya qanununun 61-ci maddəsinin ikinci hissəsinə əsasən, Rusiya Federasiyası vətəndaşları Filipp Kirkorov, Yevgeni Petrosyan, Vladimir Vinokur və İrina Viner-Usmanovanı arzuolunmaz şəxslər siyahısına daxil etmək qərarına gəldim ki, bu da həmin şəxslərin ölkəyə girişinin qeyri-müəyyən müddətə qadağan edilməsi deməkdir, - Rinkeviç sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, bundan öncə Latviya Xarici İşlər Nazirliyi 30-dan çox rusiyalı mədəniyyət xadimini arzuolunmaz şəxs elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Latviya   Rusiya  





Xəbər lenti