TAİB Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

TAİB Heydər Əliyevin məzarını ziyarət edib -    FOTOLAR
  09 May 2022    Oxunub:1221
Bu gün Türk Ağsaqqalları Birliyinin(TAİB) nümayəndələri Fərxi Xiyabanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə onun məzarını ziyarət ediblər. AzVision.az xəbər verir ki, ziyarətdə TAİB rəhbərliyi və təşkilatın nümayəndələri iştirak edib.
Birliyin nümayəndələri ümummilli liderin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, akademik Sudeif İmamverdiyev Azad Azərbaycan Televiziyasına açıqlamasında ümummili lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafındakı rolu barədə danışıb.




AzVision.az



Teqlər:



Xəbər lenti