Odessaya raket atıldı: Şarl Mişellə Şmıqal sığınacaqda görüşdü

      Odessaya raket atıldı:    Şarl Mişellə Şmıqal sığınacaqda görüşdü
  09 May 2022    Oxunub:957
Rusiya ordusu Ukrayna Baş naziri Denis Şmıqal və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olarkən Odessa yaxınlığına raket zərbələri endirib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Şmıqal “Twitter“də bildirib. Bundan sonra rəsmilər bomba sığınacağında görüşü davam etdirməyə məcbur olublar.
“Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşümüzün rəsmi hissəsi bu gün hava hücumu xəbərdarlığı və Rusiyanın Odessa yaxınlığında atdığı raketlərlə kəsildi. Biz Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaq haqqında müzakirələrimizi sığınacaqda müzakirə etdik. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”, - deyə Şmıqal qeyd edib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti