İrəvanda daha bir polis zorakılığı - VİDEO

   İrəvanda daha bir polis zorakılığı -   VİDEO
  10 May 2022    Oxunub:659
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, yerli media bu gün İrəvanda təşkil olunan mitinq zamanı polis zorakılığı yaşanması barədə məlumat yayıb.
Bildirilir ki, "qırmızı beretlilər" xüsusən də qadınlara qarşı sərt davranıblar. Bununla bağlı yayılan videoda erməni qadına ərazisən uzaqlaşması barədə xəbərdarlıq edilsə də, o etiraz edib. Nəticədə polis qadına güc tətbiq edir.

Qeyd edək ki, müxalifətin aprelin sonundan başlatdığı mitinqlər zamanı xeyli sayda qanun pozuntuları qeydə alınıb. Yerli media hakimiyyətin polis vasitəsilə sərbəst toplaşmaq və söz azadlığına əngəl yaratdığını iddia edir.



AzVision.az



Teqlər: Aksiya   İrəvan  





Xəbər lenti