7 ildə narkotiklə bağlı 24 440 nəfər saxlanılıb

   7 ildə narkotiklə bağlı 24 440 nəfər saxlanılıb
  10 May 2022    Oxunub:849
2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: “Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub”.

Son 7 il ərzində müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 10 ton 785 kq 892 qr-nı heroin (50,9%), 5 ton 784 kq 872 qr-nı marixuana (27,3%), 2 ton 544 kq 792 qr-nı tiryək (12%), 383 kq 954 qr-nı həşiş (1,8%), 1 ton 685 kq 288 qr-nı digərləri (8%), 5 kq 612 qr-nı kokain (0,02%) təşkil edib.

AzVision.az



Teqlər: Narkotik  





Xəbər lenti