Şevardnadzenin nəvəsi: "Babamla Heydər Əliyev bir-birinə inanırdı"
S.Şevardnadze bildirib ki, H.Əliyev Gürcüstanın tranzit ölkəyə çevrilməsində prinsipial mövqe tutmuşdu: "Hər iki liderin on illər bundan öncə başladığı işlər bu gün də davam edir və reallaşdırılan layihələr bu gün daha da aktualdır. Yaradılmış enerji dəhlizi Avropaya yol oldu".
O qeyd edib ki, hazırda dünyaya H.Əliyev və E.Şevardnadze kimi insanlar lazımdır: "Onlar bir-birinə inanırdılar, ölkələrinin gələcəkləri üçün böyük işlər görürdülər".
AzVision.az
Teqlər: Heydər-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


