"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin ilk finalçıları bəlli oldu- YENİLƏNİB

 "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin ilk finalçıları bəlli oldu-  YENİLƏNİB
  11 May 2022    Oxunub:1861
İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.
AzVision.az xəbər verir ki, birinci yarımfinal mərhələsində 17 ölkənin - Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistanın təmsilçiləri çıxış edib.

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. 17 ölkədən ən çox səs toplamış 10 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda - 12 mayda çıxış edəcək.

***
“Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. AzVision.az xəbər verir ki, İtaliyanın Turin şəhərində mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.


Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.

Qeyd edək ki, ötən gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti