"ASAN xidmət" əməkdaşları arasında mini futbol turniri təşkil olunub
Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
Turnirin qalibi Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Tovuz regional "ASAN xidmət" mərkəzinin komandası tutub.
Ümumilikdə 15 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.
AzVision.az
Teqlər: