Türk lirəsi yenidən dəyərini itirir

   Türk lirəsi yenidən dəyərini itirir
  11 May 2022    Oxunub:870
Türkiyənin milli valyutası türk lirəsi nisbi sabitlik dövründən sonra yenidən dəyər itirməyə başlayıb.
AzVision.az xəbər verir ki, İstanbul Birjasında keçirilən hərracda 1 dollar 15,37 türk lirəsinə satılıb. Türkiyənin maliyyə bazarlarındakı vəziyyəti şərh edən analitiklər qeyd edirlər ki, həftə ərzində lirənin demək olar ki, beş faiz ucuzlaşmasının səbəblərindən biri aprel ayında Türkiyədə inflyasiya ilə bağlı 70%-ə çatan rəsmi məlumatların dərc olunması olub.

Vəziyyəti normallaşdırmaq üçün bir çox bankların nümayəndələri Türkiyə Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinə yenidən baxılmasını zəruri hesab edirlər. Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uçot dərəcəsinin yüksək olmasına qəti şəkildə qarşı çıxdığı üçün analitiklər bunu mümkünsüz hesab edirlər.

Türkiyə Mərkəzi Bankı ötən ilin sonundan uçot dərəcəsini dəyişməz - 14% səviyyəsində saxlayır. Apreldə o, ölkədə cari il üçün inflyasiya proqnozunu 23,2%-dən 42,8%-ə qaldırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Lirə  





Xəbər lenti