ABŞ Şri-Lankadakı hadisələrdən narahatdır

ABŞ Şri-Lankadakı hadisələrdən narahatdır
  11 May 2022    Oxunub:781
Birləşmiş Ştatlar Şri-Lankada hökumətin əleyhdarları ilə tərəfdarları arasında toqquşmalardan sonra ictimai asayişi bərpa etmək üçün hərbçilərin yerləşdirilməsindən narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə "Colombo Gazette" Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysa istinadən məlumat yayıb.

“Biz qoşunların yerləşdirilməsini diqqətlə izləyirik - bizi narahat edən də budur. Baş nazirin istefasından sonra siyasi vəziyyətin inkişafını da diqqətlə izləyirik. Biz dinc nümayişçilərə qarşı zorakılığı pisləyirik. Biz zorakılıq aktlarında iştirak edənlərin araşdırılmasına, tutulmasına və cəzalandırılmasına çağırırıq”, - Prays bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti