Rus hərbçilər əsir düşdü - VİDEO

   Rus hərbçilər əsir düşdü -    VİDEO
  11 May 2022    Oxunub:1161
Ukrayna mediası Rusiya hərbçilərinə qarşı həyata keçirilən uğurlu əməliyyat barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Xarkov vilayətində əks-hücuma keçən ukraynalı hərbçilərin rus əsgərlərdən əsir də ələ keçirdiklərini yazıblar.
"Əməliyyat zamanı müdafiəçilər 30 hərbçini məhv edib, daha ikisini isə əsir tutublar. Ortalıqda qalan meyitlərin üfunət iyi isə ətrafa yayılıb", - məqalədə yazılıb.

Qeyd edək ki, müharibə başlayandan xeyli sayda rusiyalı hərbçi Ukrayna Ordusuna təslim olub. Rusiya da ukraynalı əsgərlərin əsir düşməsi barədə xəbərlər paylaşıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti