Türkiyədə ağır qəza olub: Ölənlər var

   Türkiyədə ağır qəza olub:    Ölənlər var
  11 May 2022    Oxunub:868
Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük avtomobili ilə toqquşub.
Hadisə Turqutlu rayonunda baş verib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar Turqutlu Dövlət Xəstəxanasına və yaxınlıqdakı özəl xəstəxanalara aparılıb.


Teqlər:



Xəbər lenti